Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 10:48:00
Xərçəngi daxildən məhv etməyin üsulu tapıldı  

ABŞ-ın Keys Vestern Universitetinin alimləri xərçəng şişlərinin böyüməsinin qarşısını almaq üçün bədxassəli hüceyrələrə sintetik nukleotidlərin çatdırılması üsulunu hazırlayıblar. Bu üsulla xərçəng hüceyləri zədələnir və məhv olur. 

AzEdu.az xəbər verir ki, araşdırmaçıların məqaləsi “Cell Reports” jurnalında yayımlanıb. 

Telomerləri xromosomların sonları adlandırırlar. Onlar mitoz zamanı genlərin itkilərinin qarşısını alırlar. Telomerlər qısa olduqda hüceyrələr qocalıq və ölürlər. Telomeraza telomerləri bərpa edir, ancaq bu, xərçəngin inkişafına kömək göstərir və xərçəng hüceyrələrini ölümsüz edir. 

Telomerazanın qarşısının alınması şişlərlə mübarizədə təsirsiz olduğunu sübut etdi. Çünki telomer tükəndiyi zaman xərçəng hüceyrələrinin qorunması üçün alternativ mexanizm sayılan  xromosom sonluqları işə düşür.

Buna görə araşdırmaçılar telomerləri qeyri-stabil edən yeni üsul aşkar ediblər. O, hüceyrənin nukleotidinə 5-FdUTP maddəsinin çatdırılması ilə başa çatır. Bu maddə zərərli maddələrin qarşısının alınmasına xidmət edir. 

Telomeraza telomerlərə 5-FdUTP maddəsini daxil edir, bu isə xromosomların sonlarındakı DNT ilə bağlama zəncirinə təsir edir. Sübut edilib ki, 5-FdUTP insandakı xərçəng hüceyrələrini tamamilə məhv etmə qabiliyyətinə malikdir.