Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-14 10:34:00
Dünya elm və təhsil tarixdə 14 iyun – Şəxslər və hadisələr… 

Karl Landsteyner   - 14 iyun 1868-ci ildə Avstriya-Macarıstan İmperiyasında, Vyana şəhərində anadan olub. Karl Landsteyner  yəhudi millətindən olan Avstriya mənşəli amerikalı immünolog və patoloqdur. Karl başlıca qan qruplarını tapması və qan nəqlinin tibbdə sadə bir əməliyyat halına gəlməsini təmin edən ABO qan qrupları sistemini inkişaf etdirib. Bu uğuruna görə də  1930 Nobel mükafatını alıb.

Karl Landsteyner 22 nəfərdə apardığı elmi tədqiqatda  eritrositlər və serum arasındakı reaksiyaları aşkarlayaraq,  1901-ci ildə  elmi kəşfini ictimaiyyət üçün açıqlayıb. O, əvvəllər A, B, C olmaq üzrə üç qan qrupunu təyin edib. 1902-ci ildə isə Karlın  tələbələri Dekastello və Sturli 155 nəfərli  araşdırma qrupu ilə qan qrup sistemini A, B, O, AB olaraq xarakterizə etdilər.

Şarl Kulon  - Şarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, məmur ailəsində anadan olub. Saray əyanları üçün nəzərdə tutulan,  dövrün ən tanınmış məktəbi sayılan  "Dörd millət kolleci"ndə  təhsil alıb.

Şarl Kulon fransız hərbi mühəndisi, fizika sahəsinin məşhur alimidir. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq edib. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılıb.

Kulon 23 avqust 1806-cı ildə Parisdə vəfat edib. Onu adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən, Fransanın dahi alimləri siyahısına daxilib edilib. 

Aleksandr Ostrovski  - Aleksandr Ostrovski 1823-cü ildə Kostroma Vilayətinin Ostrovski rayonunda anadan olub. 1840-1843-cü illərdə Moskva Universitetinin hüquq fakültəsində təhsil alıb.

İlk əsərləri 1847-ci ildə dərc olunub. 1850-ci ildə tamaşaya qoyulan "Öz adamlarımızdır, düzəlişərik" satirik komediyası I Nikolayın göstərişi ilə qadağan edilib.

 Pyeslərində mühüm sosial və əxlaqi problemlərə toxunmuş, pulun hakim kəsildiyi cəmiyyəti və despotizmi kəskin tənqid atəşinə tutmuşdur. "Yoxsulluq eyib deyil" (1853), "Gəlirli yer" (1856), "Tufan" (1859) və s. pyeslərində məmur, tacir və mülkədarların tamahkarlığı, acgözlüyü ifşa olunur.

O, Azərbaycan dramaturgiyasına, xüsusi ilə Nəcəf bəy Vəzirov yaradıcılığına ciddi təsir göstərib. Abbas Səhhət onun "Yoxsulluq eyib deyil" komediyasından iqtibas olaraq eyni adlı ikipərdəli mənzum pyes yazıb.

Ostrovski 1883-cü ildə Bakıda olmuş, gündəliyində Bakı səfəri haqqında maraqlı qeydlər etmişdir. 14 iyun 1886-cı ildə Moskvada vəfat edib. 

Henri Mançini

Henri Mançini məşhur amerikalı dirijor, aranjimançı və kino bəstəkarıdır. 500-ə yaxın filmə və seriala musiqi bəstələmişdir. "Çəhrayı pantera" filmi üçün yazdığı cazsayağı kompozisiya, "Tiffanidə səhər yeməyi" və "Days of Wine and Roses" filmləri üçün bəstələdiyi "Moon River" və "Days of Wine and Roses" mahnıları ilə məşhurluq qazanmışdır. Karyerası ərzində 50 albom çıxarmış, 4 "Oskar", 2 "Emmi" və rekord sayda – 20 "Qremmi", o cümlədən "Həyatboyu nailiyyətə görə" mükafatı ilə təltif edilmişdir.14 iyun 1994-cü ildə ABŞ-ın Kaliforniya ştatında vəfat etmişdir. 

Dünya Könüllü Qan Donoru Günü

İyun 14 dünyada hər il "Dünya Könüllü Qan Donoru Günü" olaraq qeyd olunur, çünki ABO qan qrupu sistemini tapan Nobel mükafatlı alim Karl Landsteiner'in doğum günüdür. Məqsəd, ehtiyacı onlanlara yardımçı olmaq,  könüllü,  təhlükəsiz qan ehtiyacına cəmiyyətin diqqətini cəlb etməkdir.

Türk Qızıl Aypara qan xidmətləri mövzusunda yalnız ölkəmizə deyil bütün dünyada bu məzmunda milli və beynəlxalq əlaqələri inkişaf etdirmək üçün viziona sahibdir.

Bu gündə  Qırmızı Aypara Cəmiyyəti   tərəfindən könüllü  qan bağışlayan şəxslərə təşəkkür edilir  və  etdikləri hədiyyə sayı istiqamətində qan bağışlayanlara medal  verilir.

Son zəng 

Ölkəmizin ümumtəhsil məktəblərində hər il iyunun 14-də məktəbin qurtardığı gün kimi qeyd olunur. Son zəng SSRİ dövründə və dövlət müstəqilliyinin bərpasından sonra 2005-ci ilə qədər mayın 25-i2005-ci ildən 2016-cı ilə qədər isə mayın 31-də qeyd olunmuşdur. Qeyd edək ki, ötən ildən Azərbaycan məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.. Son zəng zamanı məktəbi bitirən 11-ci sinif şagirdləri məzun adı qazanır.