Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 14:52:14
Məktəblilər ingilis dili biliklərini idman oyunları vasitəsilə nümayiş etdiriblər  

İngilis dili resurs mərkəzləri fəaliyyət göstərən paytaxt məktəbləri arasında estafet yarışı keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildiriblər ki, yarışda bu qurumun tabeliyindəki 189-190, 245 nömrəli tam orta məktəblər və 62 nömrəli məktəb-liseyin komandaları iştirak edib.

189-190 nömrəli tam orta məktəbdə təşkil olunan yarışda məktəblilər komanda şəklində yarışıblar. Üç mərhələdən ibarət yarışda komandalar ingilis dili üzrə bilik və bacarıqlarını idman oyunları vasitəsilə nümayiş etdiriblər.

Yarışın nəticələrinə əsasən, 245 nömrəli tam orta məktəbin komandası birinci, 189-190 nömrəli tam orta məktəbin komandası ikinci, 62 nömrəli məktəb-liseyin komandası isə üçüncü yerə layiq görülüb.

Sonda komandalar kubok və medallarla təltif olunub.

Qeyd edək ki, BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində yaradılan ingilis dili resurs mərkəzləri şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq və onların əldə etdikləri xarici dil biliklərini daha da möhkəmləndirmək məqsədlərinə xidmət edir.