Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 12:13:11
Təhsil naziri: "Magistraturaya qəbul olanların sayı 36 faiz artıb"  

"Magistratura səviyyəsində təhsil alan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsi nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayı əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayı isə 74 faiz artıb".

AzEdu.az-ın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov deyib. O qeyd edib ki, son 4 ildə Təhsil Nazirliyisisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb.