Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-08 11:00:00
AMEA bakalavriat səviyyəsi üzrə də təhsil vermək niyyətindədir

"Bu gün akademiyada bütün səviyyələr üzrə təhsil təşkil olunur. Yalnız bakalavriat səviyyəsi üzrə təhsilin təşkili qalıb. Ümid edirəm ki, dövlət başçısı ona da dəstək verəcək".

AzEdu.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən akademiya prezidenti Akif Əlizadə bildirib.

O, qeyd edib ki, 2017-ci il akademiyanın həyatında çox əlamətdar olub.

Bu il Azərbaycanda Prezident seçkilərinin, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirildiyini xatırladan A.Əlizadə əlavə edib ki, bu gün ölkədə fundamental dövlət quruculuğu işləri davam etdirilir.

Akademiya prezidenti qeyd edib ki, ötən müddət ərzində elm sahəsində çox səmərəli işlər görülüb, cəmiyyətdə alimin nüfuzunun artırılması üçün işlər aparılıb.

A.Əlizadə əlavə edib ki, hazırda respublikada 32 mindən çox alim elmi tədqiqatla məşğul olur. Onun 30 faizi AMEA-nın əməkdaşıdır.