Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-07 12:29:55
AMEA-nın magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ!     

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura ixtisaslaşmalarına qəbul olmaq istəyən və  cari ildə müvafiq proqramlar üzrə magistraturaya qəbul imtahanında iştirak edərək dövlət sifarişi üzrə ixtisaslaşma seçiminə buraxılmaq üçün minimal tələbləri ödəyən bakalavrlar 2018-ci il 7-10 iyun tarixlərində DİM-in internet saytında qeydiyyatdan, 12-14 iyun tarixlərində isə AMEA-da müsahibədən keçməlidirlər.

Bu haqda AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

AMEA-nın magistraturasına qəbul yalnız dövlət sifarişi əsasında aparılır, təhsilalma forması əyanidir. Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.

AMEA-nın magistraturasına qəbul aparılan ixtisaslaşmalar və müsabiqə şərtləri haqqında məlumat “Magistr” jurnalının 2018-ci il tarixli 4‑cü sayında “Cədvəl 2”-də (səh. 5-7) verilib.