Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-05 13:47:00
Alimlər diş minasını bərpa etməyin yeni üsulunu tapıblar

Böyük Britaniyanın Kraliça Mariya Universitetinin alimləri tərəfindən diş minasını bərpa etməyə qadir xüsusi material hazırlanıb.

AzEdu.az  xəbər verir ki, yeni material struktur və xassələri baxımından təbii diş minasına bənzəyir. Onun hazırlanmasında kristalların artımına təkan verən zülaldan istifadə olunub.

Yeni maddə ekstremal temperatur, turş içki və qidalara qarşı davamlı olduğundan dişlərin sağlamlığını uzun illər ərzində qoruyub saxlamağa imkan verir.

Alimlərin sözlərinə görə, hazırlanmış maddə vasitəsilə gələcəkdə sərt toxumaların regenerasiyasında, həmçinin dişlərin çürüməsinin qarşısının alınmasında böyük tərəqqiyə nail olmaq olar.