Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-03 09:49:44
Yüksək bal toplayanlar Dövlət qulluğuna niyə qəbul oluna bilmirlər? - Ekspert rəyi

“Hesab edirəm ki, dövlət qulluğuna qəbul imtahanlarının test mərhələsindən sonrakı müsahibə mərhələsi ilə bağlı mütəmadi sınaq imtahanı, təlimlər təşkil edilsin. Müsahibə mərhələsində veriləcək suallarım məzmunu barədə iddiaçılara məlumat verilsin”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. O qeyd edib ki, dövlət qulluğuna qəbul imtahanlarında müsbət nəticə əldə edən ali təhsilli şəxslərin sayı azdır:


“İmtahanlarda iştirak edən şəxslərin yarıya qədəri müsabiqə şərtlərini ödəyə bilmir. Müsabiqə şərtlərini ödəyən şəxslərin də böyük əksəriyyəti müsahibə mərhələsində müvəffəqiyyət əldə edə bilmirlər. Səbəb isə onların ancaq test imtahanı mərhələsinə hazırlaşmaları, müsahibə mərhələsi ilə bağlı geniş məlumata malik olmamalarıdır. Belə ki, müsahibə mərhələsində iştirak edən şəxlərin müraciət edənin seçdiyi orqan üzrə peşəkar şəxlər tərəfindən yoxlanılması iddiaçıların uğursuz nəticə əldə etməsi ilə yekunlaşır. Belə ki, iddiaçı tərəf həmin orqan haqqında geniş məlumatlara malik olmasa da, dövlət qurumlarının əməkdaşları onları peşəkar səviyyədə olduğunu hesab edərək verdikləri sualları bu istiqamətdə nəzərdə tuturlar”.

Qeyd edək ki, dövlət qulluğu imtahanlarına hazırlıq üçün sınaq imtahanları yalnız birinci mərhələ (test) üçün nəzərdə tutulur. Müsahibə mərhələsinə dair heç bir sınaq imtahanları təşkil olunmur.

İlk dəfə dövlət qulluğuna qəbul olmaq istəyənlər 5, 6 və 7-ci təsnifatlar üzrə müsabiqədə iştirak edə bilərlər. Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. 6 və 7-ci təsnifatlar üzrə keçid balı 70 bal təşkil edir. 5-ci təsnifatda isə bu 75 baldır. Eyni zamanda isə 5-ci təsnifat üzrə 70-75 arası bal toplayan namizədlər 6 və 7-ci təsnifatlar üzrə müsahibə mərhələsinə buraxıla bilər. Ümumilikdə isə test mərhələsi 100 sualdan ibarətdir və heç bir nisbi bal məhdudiyyəti olmadan hər sual 1balla qiymətləndirilir. Uğurlu namizədlər müsahibə mərhələsinə keçid edir.