Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 14:07:41
DİM-də TOEFL və SAT imtahanları keçirildi

Dövlət İmtahan Mərkəzində (DİM) bu gün növbəti TOEFL və SAT imtahanları keçirilib.

DİM-dən AzEdu.az-a verilən məlumata görə, imtahanlar Mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında 11 nəfər, SAT (Subject) imtahanında isə 38 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Növbəti TOEFL imtahanı iyulda, SAT imtahanının isə oktyabrın 6-da keçirilməsi nəzərdə tutulur. 

İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında müvafiq linklərdən ətraflı məlumat əldə etmək mümkündür: 

 http://www.dim.gov.az/activities/exams/toefl/