Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-02 09:46:00
Fiziki məhdudiyyətli tələbələr üçün möhtəşəm addım – Dünyaya mesaj

Türkiyə Təhsil Nazirliyi fiziki məhdudiyyətli tələbələrin təhsili üçün təhsil və reabilitasiya mərkəzlərinə 16 milyarddan çox  türk lirəsi məbləğində vəsait  ayırıb.

AzEdu.az xarici mediaya istinadən məlumat verir ki, nazirlik 2006-cı ildən etibarən,  fiziki məhdudiyyətlilərin təhsili üçün müxtəlif şəkildə dəstək verir.

Reabilitasiya mərkəzlərinə müxtəlif  miqdarda  vəsaitlər ayıraraq belə insanlara dəstək proqramları həyata keçirir. Hər il xeyli tələbə reabilitasiya mərkəzlərində onlar üçün həyata keçirilən layihələrdən yararlanırlar.  Onların bütün maddi ehtiyacları Türkiyə Təhsil Nazirliyi tərəfindən qarşılanır.

2006-2018-ci illərdə yüz minlərlə fiziki məhdudiyyətli tələbə bu fürsətlərdən yararlanıb. Bu ilin son dörd ayında isə özəl təhsil və reabiliitasiya mərkəzlərinə ayrılan vəsait 923 milyon lirə olub. Araşdırmaya görə təkcə keçən ay ərzində 374 000 fiziki məhdudiyyətli tələbə bunun nəticəsində təhsilini davam etdirib. Təhsil Nazirliyindən fiziki məhdudiyyyətli tələbələrin təhsili üçün onlara daim dəstək veriləcəyi bildirilib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları