Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-01 18:53:20
Dünyaca məşhur proqramdan artıq daha çox tələbə yararlanacaq  

Avropa  Birliyi  Erasmus  proqramının büdcəsini iki dəfə artırmağı düşünür.  2014-2020-ci illər üçün ayrılan büdcə toplam  14.7 milyard  avro  idi.

Avropa Komisiyası   2021-2027-ci illər üçün  ayrılan  vəsaitin  30 milyard  avroyadək  artırılmasını  təklif   edib. 

Ayrılan vəsait  vasitəsilə qeyd olunan müddət  ərzində 12 milyon insan proqramdan yararlana biləcək. Bu, proqramdan yararlanan hazırki tələbə sayından üç dəfə artıqdır. 

Mövzu ilə bağlı açıqlama verən Avropa Birliyinin direktor müavini Jurki Katainen Erasmus proqramını gücləndirmək və genişləndirmək lazım olduğunu, bu məqsədlə büdcənin ikiqat artırıldığını bildirib.

Erasmus proqramından fəaliyyətə başladığı1987-ci ildən bugünədək ondan 9 milyondan çox  insan  yararlanıb. Təklifin reallaşdırılması məqsədilə Avropa Birliyi ilə Avropa Parlamenti arasında görüş keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları