Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-31 15:34:00
“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil sosial mediada” layihəsi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, layihə Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönümlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Layihə müddətində iştirakçılar təhsilin aktual problemləri ilə tanış olub, bir sıra məsələlərin müzakirəsində yaxından iştirak ediblər.

Sonra layihə iştirakçıları təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılmasına, bu sahədə səmərəli fəaliyyətlərinə görə Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə təltif olunublar.