Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-26 13:14:39
 Müəllimlərin dərs yükü  və maaşı artırılacaq

“Diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən, müəllimlərin bilik və bacarıq səviyyələri müəyyənləşdiriləcək. Eyni zamanda, dərs yükü norması və əməkhaqqı artırılmaqla onların maddi rifahı yaxşılaşdırılacaq”. 

AzEdu.az-ın xəbərinə görə, bunu Təhsil İşçilərinin Peşə İnkişafı İnstitutu nəzdində İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadə jurnalistlərə açıqlamasında deyib. 

Onun sözlərinə görə, diaqnostik qiymətləndirmədən keçən müəllimlər inkişaf yönümlü təlimlərə cəlb olunacaq.