Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-02-20 09:14:02
Özəl Və Bələdiyyə Peşə Məktəbləri Yaradılacaq – VİDEO

Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisəsi fəaliyyət göstərə biləcək. Bu o deməkdir ki, peşə təhsil müəssisələri ancaq dövlət peşə məktəblərindən ibarət olmayacaq.

Bu yeni hazırlanmış "Peşə təhsili haqqında" qanun layihəsində öz əksini tapıb. Məqsəd mülkiyyət formasına görə peşə təhsili müəssisələrinin fəaliyyət sferasını genişləndirməkdir.

Bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək. Mülkiyyət formasından asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq.

Yeni qanun layihəsi peşə təhsili sahəsində qabaqcıl təcrübəsi olan ölkələr nümunə alınaraq hazırlanıb. Məhz yeni metod və idarəçilik formaları nəticəsində peşə məktəblərinin fəaliyyətinin güclənəcəyi və cəmiyyətin bu sahəyə olan ehtiyaclarını təmin etməsi nəzərdə tutulur.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və payız sessiyasının son iclaslarında qəbul olunması gözlənilir.

{youtube}zPhcK9QtQQc{/youtube}