Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-24 17:19:00
Azərbaycanlı alim Rusiyanın Əməkdar Mühəndisi fəxri adına layiq görülüb  

Azərbaycan Milli Aviasiya Akademiyasının nəqliyyat mexanikası kafedrasının müdiri, Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Rusiyanın Əməkdar Mühəndisi fəxri adına layiq görülüb.

AzEdu.az  xəbər verir ki, o bu ada elm və təhsildəki uğurlarına, mühəndislik elminin inkişafındakı xidmətlərinə, tribologiya sahəsində elmi kəşfinə, yeni texnologiyaların işlənməsi və tətbiqindəki yüksək nəticələrə, peşəkar mühəndis kadrlarının hazırlanmasında, böyük layihələrin reallaşdırılmasında fəal iştirakına və dövlətlərarası elmi-texniki əlaqələrin inkişafındakı xidmətlərinə görə layiq görülüb.

Əhəd Canəhmədov 400-ə yaxın elmi əsərin, o cümlədən elmi kəşflərin, 10–dan çox monoqrafiya, Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş elmi – kütləvi kitabların müəllifidir. O, bir sıra xarici ölkə akademiyalarının həqiqi üzvüdür.

Alimin bu yaxınlarda işıq üzü görən “Mühəndislik fəlsəfəsi” elmi-fəlsəfi traktatı cəmiyyətdə ona daha böyük rəğbət qazandırıb. Əsər onun uzun illərin elmi-fəlsəfi düşüncələrinin məhsuludur. O, elmi-kütləvi əsəri üçün traktat janrını seçərək, fəlsəfi təlimi yeni yanaşmadan – mühəndislik fəlsəfəsi mövqeyindən kütləviləşdirmək məqsədilə oxucuya Məkan – Zaman və Yaranış haqqında qeyri-adi düşüncələrini çatdırır. Onun elmi-fəlsəfi düşüncələri bir sıra bazis fəlsəfi anlayışları- məkan, zaman, insan, həyat və ölüm, insanın kainatda yeri, insan fəaliyyətinin ali düşüncə formalarını özündə əks etdirir.