Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 16:45:00
Dəniz dibində bu naxışlar necə salınıb? - Bioloq alimlərdən maraqlı kəşf + VİDEO

20 il öncə bioloq alimlər  sualtı kəşfiyyat zamanı dəniz dibində rast gəldikləri çox maraqlı qum təsvirləri görüb heyrətə düşdülər. Dəniz dibində belə mükəmməl təsvirləri kim yaratmışdı? İnsan işi idimi, yoxsa naməlum, yadplanetli varlıqlar işarə verirdimi?

AzEdu.az “Bizim yol”a istinadən xəbər verir ki, bu sualın cavabını tapmaq üçün 20 il axtarış aparılıb.

Nəhayət sirrin üstü açılanda isə hər kəs heyrətə düşüb. Bu, memar balıq adılandırılan balıqların cütləşmə mövsümündə yaratdıqları toy rəsmləri idi. Daha dəqiq desək, erkək memar balıqlar dişi balıqları özlərinə cəlb etmək üçün qumdan belə naxışla “evlər” tikir, dişi balıqları bu yolla özlərinə aşiq edirlər.