Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 15:55:38
Bakıda 14 yaşlı şagird itkin düşüb

Hadisə Səbail rayonunda yerləşən “Park Bulvar” ticarət mərkəzində qeydə alınıb.

AzEdu.az “Report”a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Nuranə Abdurrahmanovanın yaxınları Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə məlumat veriblər.

Onlar qızlarının sonuncu dəfə həmin ticarət mərkəzinə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

İtmiş qızın axtarışları davam etdirilir.