Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 13:16:19
Məktəblərdə telefondan  istifadənin qarşısını ala bilmirik - MƏHƏBBƏT VƏLİYEVA

“Uşaqlar məktəblərə mobil telefonlarla gəlirlər və istifadə edirlər. Bunun qarşısını almaqda çətinlik çəkirik. Razılaşmaq lazımdır ki, internetdən istifadə yalnız məktəbdəki kompüterlə olmur, uşaqlar digər yerlərdə də internetə daxil ola bilirlər. Baxmayaraq ki, məktəbdəki internet filtrdən keçirilərək istifadə olunur”.

AzEdu.az-ın xəbərinə görə, bunu Milli Məclisdə “Azərbaycan ailə modeli: Müasirlik və dəyərlər” mövzusunda keçirilən dinləmədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

M.Vəliyeva uşaqlara psixoloji yardımların artırılmasının vacibliyini vurğulayıb.