Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 12:45:37
Misir Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edir  

Misir Ərəb Respublikasının Ali Təhsil Nazirliyi Azərbaycan vətəndaşları üçün yeni təqaüd proqramı elan edir. 

Misirin Azərbaycandakı səfirliyindən  verilən xəbərə görə, təqaüd proqramı sayəsində Azərbaycan vətəndaşları 2018-2019-cu tədris ilində Misir universitetlərində müxtəlif ixtisaslar üzrə magistr və doktorantura dərəcəsi almaq imkanı əldə edir.

Proqramda yalnız Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müraciət etmək istəyən şəxslər ətraflı məlumat əldə etmək üçün Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi ilə əlaqə saxlaya bilərlər: tel (012) 561 12 17, e-mail: [email protected]