Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-23 12:31:31
Dünyanı heyrətə salan möcüzəli təhsil sistemi – Uşaqları döyərək dahi edən ölkə...

“Pearson” Beynəlxalq Şirkətinin apardığı araşdırmaya görə, dünyanın ən yaxşı təhsil sistemi Cənubi  Koreyaya məxsusdur.

Koreya xalqının məktəbə, tədris və təlimə verdikləri dəyər bir çox çətinliklərə baxmayaraq, onları ölkə olaraq yüksək səviyyəyə qaldırıb.

AzEdu.az xarici mediaya istinadən, Cənubi Koreya məktəblərinin araşdırmada birinci olmasının səbəblərinı açıqlayır:

Əsas səbəblər bunlardı: Universitetlərin daxili gəlirləri; məzuniyyət dərəcələri; bir şagirdə düşən ümumi məktəb xərci; şagirdlərin bilik səviyyəsini ölçən xüsusi  testlər  və s.

Püşkatma ilə seçilən müəllimlər...

C.Koreyada hər şagird gün ərzində 14 - 16 saat məktəbdə olmaq məcburiyyətindədirlər. 2010-cu ilə qədər məktəb günü bazar ertəsi və şənbə aralığında olmaqla 6 gün müəyyən edilirdi. İndi isə Koreyada yalnız 2 şənbə məktəbi var. Orada müəllimlər ən az "valideynlər" qədər diqqət görürlər. Bir müəllimin maaşı təxminən 13 min türk lirəsinə bərabərdir. Məktəblərdə löhvə yerinə slaydlardan istifadə olunur. Hər 5 ildə bir dəfə bütün müəllimlər püşkatma yolu ilə təyin olunurlar. Onların bu qaydaya əməl etməmək şansları yoxdur.

 Bunlar hələ son deyil. Koreya təhsilinin özəlliyini göstərən başqa elementlər də var:

Aktyorluq dərsləri...

Məktəblərdə aktyorluq dərsləri keçirilir. Səhnələrdəki bütün avadanlıqlar dövlət tərəfindən təmin edilir. Məsələn, xəstəxana ilə əlaqədar bir səhnə olacaqsa, bütün həkimlər, tibb bacıları və xəstəxana avadanlıqları gətirilir;

Şagirdlərə qarşı fiziki cəzanın qanunidir;

Əgər bir şagird çox dəcəllik edirsə, müəllimlər  həmin şagirdə fiziki cəza verə bilər və bu tam qanunidir. Hazırda bu sistemin narazılıqlara səbəb olmasına və azalmasına baxmayaraq, müəllimlərə, şagirdi verdiyi fiziki cəzaya görə, asanlıqla cəza verilmir. Bu da ümumi təhsil sisteminin müəllimlərə nə qədər güvəndiyinin sübutudur.

Burada şagirdlərə ingiliscə ad verilir;

Cənubi Koreyada ad və soyadlarının 40% -i "Kim" adını daşıyır. Bu, çox qarışıqlıq yaratdığı üçün şagirdlərin çoxuna ingiliscə ad verilir. Yaponiyada olduğu kimi burada da şagirdlər oxuduqları məktəbi özləri təmizləyirlər (onların sağlamlığı üçün tualetləri təmizləyən xadimələr var). İmtahana girərkən hər kəs ayaqqabılarını çıxarıb sinif ayqqabılarını geyinmək məcburiyyətindədir.

Leyla Qulami