Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 23:26:09
Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşdü

Təhsil naziri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəsi ilə görüşüb.

AzEdu.az xəbər verir ki, mayın 22-də təhsil naziri Ceyhun Bayramov BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycan Respublikasındakı  Nümayəndəsi Furio de Angelislə görüşüb.

Görüşdə Azərbaycanda məskunlaşmış qaçqınların cari vəziyyəti, onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlər və təhsil sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.