Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 22:56:45
Akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd ediləcək  

Prezident İlham Əliyev mayın 22-də Azərbaycanın görkəmli alimi, tanınmış ictimai xadim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə akademik Cəlal Əliyevin 90 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Bu Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb.