Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 20:42:55
“İnamı doğrultduğuma görə xoşbəxtəm” – 700 bal toplayan AzEdu.az-a danışdı

“700 bal topladığımı öyrənəndə çox sevindim. Müəllimlərim də, ailəm də  məndən elə bu nəticəni gözləyirdi. Onların inamını doğrultduğuma görə çox xoşbəxtəm”.

Bu sözləri AzEdu.az saytına I ixtisas qrupu üzrə keçirilən ali məktəbə qəbul imtahanlarında maksimum bal toplayan Əsra Bayramova deyib. O, özündən bu nəticəni gözlədiyini bildirib:

“Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi olmuşam. Dövlət İmtahan Mərkəzinin keçirdiyi sınaq imtahanlarında 650-dən yuxarı bal toplayırdım. Amma qəbul imtahanında 700 bal toplayacağıma əmin idim. Hansı universiteti, fakültəni  seçəcəyimi hələ ki, dəqiq bilmirəm. Bu barədə hələ fikirləşəcəm”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları