Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 17:43:41
“Qorxurdum ki, 690 bal toplayım” – 700 bal toplayan  AzEdu.az-a danışdı

“Qorxurdum ki, 690 bal toplayım”. 

Bu sözləri AzEdu.az-a açıqlamasında ali məktəblərə qəbul imtahanlarında I qrup üzrə 700 bal toplayan Vasif Əsədov deyib. O, bu nəticəni gözləmədiyini qeyd edib:

“Space telekanalında cavabları yoxlayandan sonra əmin oldum ki, 700 bal toplamışam.Düzü kodlaşdırmada səhv etdiyimi düşünürdüm, qorxurdum ki, nəticəm 690, 695 bal olar.  Nəticəmi müəllimlərimə dedim, onlar da sevindiklərindən  paylaşdılar. Buna görə də məlumat hələ nəticələr rəsmi açıqlanmamışdan öncə mediada  yayıldı.

İmtahan sualları nə çox asan idi, nə də çox çətin. Fizika fənnindən olan suallarda çətinlik çəkdim” .

Qeyd edək ki, I və IV ixtisas qrupları üzrə keçirilən ali məktəblərə qəbul imtahanlarında 3 nəfər 700 bal toplayıb. Onlardan biri olan Vasif Əsədov  I  ixtisas qrupu üzrə maksimum nəticə göstərib.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları