Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 17:22:45
"Yay imtahanında qaydanı pozanların ilk nəticəsi də ləğv olunacaq" - MƏLEYKƏ ABBASZADƏ

"Təəssüflər olsun ki, bəzi abituriyentlər ikinci, yəni yay imtahanına qanun-qaydanı pozmaq üçün gəlirlər".

AzEdu.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, yay imtahanında hansısa qayda pozuntusuna yol verən abituriyentlərin ilk imtahanda əldə etdikləri nəticələri də ləğv olunacaq:

“İstər yaz, istərsə də yay imtahanında qaydaları pozan abituriyentlərin bütün nəticələri ləğv olunacaq və onların bu il üzrə heç bir imtahan nəticələri olmayacaq”.