Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 17:09:18
Avropalı məktəblilər ən az 2 dil bilməlidir

Avropa Komissiyası 2025-ci ilə qədər Avropa Birliyi daxilində ümumi təhsil ortamının yaratmağı təklif edən qanun layihəsi hazırlayıb.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, yeni qanunun əsasını orta məktəblərin bütün məzunlarının ən azı iki xarici dildə bilməli olmaqları təklifi təşkil edib.

 “Biz Avropa İttifaqında olan bütün uşaqların, erkən yaşdan etibarən ixtisaslı təhsil əldə edə bilməyi üçün tədbirlər təklif edirik. Dil tədrisinin və öyrənilməsinin təkmilləşdirilməsinə dair təşəbbüs etmişik. Bizim əsas məqsədimiz, orta təhsilini bitirdikdən sonra, bütün insanların öz ana dilindən əlavə ən azı iki (xarici) dildə danışa bilməsini təmin etməkdir” Brüsseldə jurnalistlərə təhsil, mədəniyyət, gənclik və idman üzrə Avropa Komissarı Tibor Navraçiç bildirib.

Onun sözlərinə görə burada məsələ yalnız ingilis dilinin əsas dil kimi öyrədilməsindən daha böyük məqsəddən gedir.