Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 16:26:19
“WhatsApp”da yeni funksiya aktiv oldu – Çoxdan gözlənilirdi

“WhatsApp” tətbiqindən çoxdan gözlənilən qrup şəklində görüntülü danışmaq funksiyası aktivləşib.

AzEdu.az Maide.Az-a istinadən xəbər verir ki, artıq bu funksiya “Android” və iOS sistemləri ilə çalışan bütün telefonlarda istifadəyə verilib.

Funksiyadan istifadə etmək üçün bunları etmək lazımdır:

  1. Dost siyahınızda olan biri ilə görüntülü danışmağa başlayın.
  2. Sağ üst hissədə “yeni şəxs əlavə et” düyməsini sıxmaqla görüntülü söhbətə yeni şəxs qoşun.
  3. Əgər funksiya sizdə aktiv deyilsə, o zaman marketdən tətbiqi ən son versiyaya yeniləyin.