Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 14:45:00
Tələbələrin hazırladığı təbii və möhtəşəm iş - FOTO

Hər il yaz aylarında bütün dünyadan olan insanlar məşhur konfet-çəhrayı albalı çiçəkləri açan Sakura ağaclarının gözəlliyini görmək üçün Yaponiyaya axın edirlər. Ancaq bu çiçəklənmə çox qısa müddət davam edir və insanlar buna çox təəssüflənirlər. İndi  artıq bütün il boyu çiçək açan ağac var. Bu ağac bütövlükdə Lego parçalarından düzəldilib.

Guinness Rekordlar Kitabına düşməyi bacaran bu nəhəng ağac Yaponiyada LEGOLAND-ın ilk ilini qeyd etmək üçün hazırlanıb.

4.2 metr uzunluğunda və 1.5 metr enində 3.3 kiloluq ağac artıq "Dünyanın ən böyük Lego Kiraz Ağacı" olaraq qeyd edilib. Çexiyada hazırlanaraq Yaponiyaya göndərilən nəhəng ağac 6,500 saat müddətinə təxminən  881,470 Lego çiçəyi vasitəsilə düzəldilib

Bu layihənin ideya müəllifi və təşkilatçılarının əksəriyyəti universitet tələbələridir. Layihənin icrasında məktəblilər də yaxından iştirak ediblər.