Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 13:42:07
BANM-ın tələbələri “SOCAR – KBR” tərəfindən işə götürələcək

Bakı Ali Neft Məktəbində (BANM) SOCAR – KBR MMC şirkətilə görüş keçirilib. Tədbirdə BANM-ın rektoru Elmar Qasımov, “SOCAR-KBR” MMC-nin Baş menecerinin müavini Nazim Qasımov, İnsan resursları üzrə menecer Səidə Qurbanova, əməliyyat meneceri Dave Clouting, BANM-ın sonuncu kurs tələbələri və əməkdaşları iştirak ediblər.

Ali Məktəbin rektoru Elmar Qasımov “SOCAR – KBR” şirkətinin BANM-ın tələbələrinə olan marağını yüksək qiymətləndirdiyini qeyd edərək, qonaqlara təşəkkür edib. Rektor artıq neçə vaxtdır şirkətlə BANM arasında gedən danışıqlar əsasında SOCAR-ın iki müəssisəsi arasında əməkdaşlığın genişlənərək hazırki səviyyəyə gəlməsindən məmnunluğunu bildirib.

“SOCAR-KBR”-in Baş menecerinin müavini Nazim Qasımov  tələbələri salamlayaraq şirkət haqqında qısa məlumat verib və onları şirkətlə əməkdaşlığa ruhlandırıb.

Şirkətin əməliyyat mühəndisi Dave Clouting 2015-ci ildə yaradılan “SOCAR-KBR” şirkətinin məqsədi, fəaliyyət sahəsi, şirkətin üzərində işlədiyi layihələr haqqında geniş təqdimatla tələbələr qarşısında çıxış edib. Daha sonra o, BANM-ın tələbələri üçün nəzərdə tutulmuş treninq planlarından danışıb, treninq keçiriləcək sahələri açıqlayıb.

Şirkətin İnsan resurları üzrə meneceri Səidə Qurbanova isə tələbələrə işə qəbul prosesi – CV və “Cover letter” üçün son müraciət tarixi, qiymətləndirmə testi (Assessment test) və intervyu ilə bağlı ətraflı məlumat verib.

Görüş “SOCAR-KBR”-da işləmək arzusunda olan tələbələrin sualları və şirkətin əməkdaşlarının əhatəli cavabları ilə yekunlaşıb.

Qeyd edək ki, “SOCAR-KBR” MMC-nin əsas fəaliyyətinə neft-qaz sektorunda kəşfiyyat, hasilat, emal və nəqliyyatla bağlı iş və sınaq xidmətləri, layihə, mühəndislik, texniki, satınalma, tikintiyə nəzarət və layihə idarəetməsi, müqavilələrə nəzarət, yoxlama xidmətləri, təlim, yerli personalın bilik və ekspertizasının inkişafı, layihələrin icra qrafiklərinə nəzarət kimi işlər daxildir.

        

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları