Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 15:00:00
Breyn-rinq bilik yarışı və texniki qurğuların təqdimatı

Paytaxtın Yasamal rayonunda yerləşən  175 nömrəli tam orta məktəbdə VI siniflər arasında fizika fənni üzrə  Breyn-rinq bilik yarışı  və məktəbin “Gənc ixtiraçılar” dərnəyinin üzvlərinin  hazırladığı qurğuların təqdimatı  keçirilib.

Məktəbin fizika müəllimi, fizika üzrə fəlsəfə doktoru Ləman Hüseynli tərəfindən təşkil olunan tədbirdə şagirdlərə 3 turdan ibarət Breyn-ring bilik yarışının ilk mərhələsinin sualları təqdim olunub, ikinci mərhələdə hər komanda  təqdimat edib.  Üçüncü  mərhələdə isə komandalar bir-birinə suallar verib. Müəllimlərdən ibarət münsiflər heyəti qiymətləndirmə apardıqdan sonra qaliblər müəyyənləşib.

 Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Şagirdlər tərəfindən hazırlanan kiçik qurğular-kiçik tozsovuranlar, pultla idarə olunan kiçik maşınlar, işıq mənbələri, kiçik paltaryuyan maşın modelləri, qabyuyan qurğu, səsgücləndirici iştirakçılarda böyük maraq oyadıb.

 Sonda qaliblərə kiçik hədiyyələr təqdim edilib.