Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 14:26:00
Bölgə müəllimlərinə ən çox nə mane olur?-Yeni təhsil metodlarının tətbiqi

 

 

 “Bu dəqiqə elə bir ciddi platforma vardır ki, istər Bakı, istərsə də bölgə müəllimlərinin hər biri öz layihə təkliflərini verə bilirlər.

 

Buna imkan verən məsələ təhsildə  İnkişaf və innovasiyalar üzrə müsabiqədir. Biz bu böyük platformada öz ideyalarımızı gerçəkləşdirə bilirik. Bu səbəbdən, yaradıcı, innovativ fikirli  müəllimlərin qarşısında elə bir ciddi maneə görmürəm”.

 

Bunu AzEdu.az-a açıqlamasında bölgədə fəaliyyət göstərməsinə baxmayaraq, müəllim həmkarları üçün bir çox vacib təlimlər keçən, onları təhsilə daha da həvəsləndirən təhsil mütəxəssisi Elnur Hacıyev deyib.

 

O, bölgə müəllimlərinin innovativ yeniliklər, modern təhsil modellərinin tətbiqinə mane olan səbəblərdən danışarkən optimist mövqedən çıxış edib:

 

“Bir beynəlxalq təcrübə ilə bağlı müəyyən fikirlərin bölgə müəllimlərinə çatdırılması ilə bağlı təlimlər təşkil etmək istərdim;  onlar dünyada baş verən innovasiyaları öyrənə bilsinlər, onun üzərində özlərinin yaradıcı işlərini görüb, layihə təkliflərini versinlər.  İstər bölgə müəllimləri, istərsə də Bakı müəllimləri bu məsələ ilə bağlı öz yaradıcı işlərini innovativ təkliflərinin verilməsində ciddi bir problem görmürəm. Bir məsələni qeyd edim ki, bölgə müəllimlərinin gedən islahatlarda  fikrinin öyrənilməsi daha məqsədə uyğun olar. Ümumiyyətlə, bu prosesdə iştirak edən müəllimlərin problemlərindən biri də odur ki, islahatlar gedir, yeniliklər, layihə təklifləri verilir. Bu zaman yerli şəraitin öyrənilməsi , prosesin içərisində olan müəllimlərdən təkliflər alınması zəruridir”.

 

Təhsil mütəxəssisləri müəllimlərin yeni innovativ mrtodlara, təhsil yeniliklərinə marağının artırılması üçün bəzi təkliflər irəli sürür:

“Müəllim, valideyn, şagird  və icmaçılardan müəyyən fikirlər alınmalıdır. Buradan  nazirliyə- mərkəzi icra orqanına təkliflər yığılmalıdır, daha sonra həmin təkliflər sayəsində islahatlar aparılmalıdır.

 

Amma çox zaman bölgə və Bakı müəllimlərinin, ya valideynlərin , ya da şagirdlərin fikri öyrənilmədən , yuxarılar bir təkliflər , yeniliklər edirlər. Bu hal bəzən özünü doğruldur, çox zaman isə uğursuz olur. Ona görə də çalışmaq lazımdır ki, bölgə müəllimlərinin də təklifləri yuxarı platformalar tərəfindən qəbul edilsin.

 

Təhsil Nazirliyi yanında İctimai Şura var . Həmin şura elə bir imkan yaratmalıdır ki, bizim müəllimlər də təhsil sistemində gedən islahatlarda  öz təkliflərini , istəklərini , tənqidlərini , bəzən yeni bir başlıqlarını versinlər.

 

Ümumi ciddi bir hal yoxdur ki, bölgə müəllimləri öz innovativ təkliflərini verə bilməsinlər. Amma məsələni daha yaxşılaşdırmaq üçün, İctimai Şura bizim təkliflərimizi götürüb, onu Təhsil Nazirliyi qarşısında qaldıra bilər. İslahatlar aparılan zaman prosesin içərisində olan adamların , yəni müəllim və şagirdlərin fikirləri mütləq öyrənməlidir. Çünki prosesin içərisində olmayan adamın baxış bucağı fərqli olur. Tətbiq olunan yeniliklər , innovasiyalarla bağlı bölgə müəllimlərinin fikri önəmlidir. Belə bir platforma açılsaydı,  biz də rahat şəkildə hər hansı bir e-mail vasitəsilə, və ya müzakirələr nəticəsində, öz təkliflərimizi verərdik ki, islahatlar  faydalı , daha uğurlu və praktik olsun. Bu zaman nəticə daha uğurlu olar”.

 Rəviyyə CƏFƏRZADƏ