Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 12:45:32
“Suallarda bir neçə səhv var idi” – Qəbul imtahanları ilə bağlı daha bir etiraz

“DİM, adətən, cavabın tapılmasına nəzarət edir, amma sulaların düzgün qurulub - qurulmamasına fikir vermir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı mayın 13-də keçirilən qəbul imtahanında 700 bal toplayan Elvin Kərimlinin riyaziyyat müəllimi, repetitor Anar Həsənov deyib.

Onun sözlərinə görə, qəbul imtahanlarına salınan suallar içərisində səhvlər olub:

“I və IV qrup imtahanlarında riyaziyyat fənni suallarında bir neçə səhv var idi. Ümumiyyətlə, I qrupun riyaziyyatı II qrupa nisbətən daha çətin tərtib olunmuşdu. I qrup üzrə test tapşırıqlarında bir qrafiki sual səhv idi. A variantı, 16-cı sualda düzgün cavab tapmaq olur, amma qrafikə uyğun gəlmir.

Bu hesablamaya baxdıqda g(-3)=2×(-3)+3= -3 edir. Amma g(-3) qrafikdə müsbət görünür. Beləcə, cavab qrafikə uyğun gəlmir”.