Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 11:21:00
Təhsil Nazirliyi yanında İctimai Şura AzEdu.az-ı təbrik etdi

Martın 1-də AzEdu.az təhsil portalının iki yaşı tamam olacaq.

Bu münasibətlə Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri sosial şəbəkə vasitəsi ilə təbriklərini ünvanlayıblar.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Etibar Əliyev və katibi İlqar Orucov AzEdu.az-la bağlı xoş sözlərini çatdırıb.

“AzEdu.az saytının 2 yaşı tamam olur. Bu münasibətlə Təhsil Nazirliyi yanında İctimai Şuranının üzvləri adından saytın əməkdaşlarını təbrik edirik.

Qısa zaman kəsiyində AzEdu.az saytı təhsil və elmin tribunasına çevrildi. Təcrübə göstərir ki, sahələr üzrə saytların mövcudluğu daha effektli olur. Bu mənada AzEdu.az hər zaman qərəzsizlik, dürüstlük və obyektivlik nümayiş etdirərək təhsil sahəsində istənilən məsələdə bizim rəyimizi öyrənməklə yanaşı həm də, təhsilə və elmə yaradıcı yanaşmanı ortaya qoyaraq qısa müddətdə ölkədə çox böyük nüfuz qazana bildi. Düşünürük ki, təhsildən və elmdən yazmaq, peşəkar fikir mübadiləsi aparmaq üçün artıq ciddi bir məkan vardır”.

Təhsil ekspertləri saytın üstünlüklərindən söz açıblar.

“Azedu.az saytının əsas üstünlüklərindən biri də təhsil sahəsində müxtəlif təşəbbüslər irəli sürməkdir. Bu təşəbbüslər eyni zamanda, təhsildə yeni hadisə kimi yadda qalır. Yeniliklərə və çağırışlara açıq olan gənc komandanın səyi ilə AzEdu.az platforması daim yenilənir, professionallığını artırmaq istiqamətində israrla çalışır, kreativ yanaşma ortaya qoyur. Bütün bunlar isə əlbətdə ki, saytın gələcəyi barədə nikbinlik yaradır. Bir daha saytın yaradıcı kollektivini və əməkdaşlarını təbrik edir, böyük missiya daşıyan işlərində uğurlar arzulayırıq!”.