Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-28 10:15:00
Dövlət İmtahan Mərkəzində TOEFL imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində (DİM) fevralın 29-da TOEFL imtahanı keçiriləcək.

AzEdu.az-ın məlumatına görə, DİM-dən bildirilib ki, TOEFL IBT imtahanı Dövlət İmtahan Mərkəzinin Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında saat 09:30-da başlayacaq.

İmtahanda iştirak edən şəxslər saat 08:30-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

TOEFL imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər. TOEFL® imtahanı haqqında ümumi məlumatla tanış olmaq və qeydiyyatdan keçmək üçün http://dim.gov.az/activities/exams/toefl/ linkinə daxil olmaq lazımdır.