Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 15:54:00
Abituriyentin əvəzinə başqasının imtahan verməsini bloklayan cihaz – DİM-in üztanıma texnologiyaları

“Bu texnologiyanın tətbiq edilməsində məqsəd abituriyentlərin imtahan binasına buraxılışını daha sürətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa birinin imtahan binasına daxil olmasının qarşısını almaqdır”.

 AzEdu.az xəbər verir ki, bunu  Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə açıqlamasında deyib.

 O imtahanlarda tətbiq olunan üztanıma cihazları barədə danışarkən bildirib ki, bu cihazın gələcəkdə daha çox imtahan binasında istifadə olunması planlaşdırılır: “Bəzi imtahan binalarına giriş zamanı iştirakçıların şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunur. Abituriyentlər imtahana qeydiyyatdan keçən zaman onların şəkli "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) və ya DİM-in informasiya sistemlərindən götürülərək ayrıca elektron bazaya daxil edilir. İmtahana giriş zamanı isə proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir, şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə məlumat verir. Bu texnologiyanın tətbiqində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır”.(TED.az)