Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-27 09:13:00
Macar dilindəki Vikipediya-da Azərbaycanla bağlı məqalələr yaradılacaq – FOTO

Azərbaycan Dillər Universitetinin Macar Dili və Mədəniyyəti Mərkəzinin müəllim və tələbələri, həmçinin Macarıstanın ölkəmizdəki səfirliyinin əməkdaşı AMEA Mərkəzi Elmi Kitabxanasının “Vikipediya” Metodik Mərkəzinin təlimlərində iştirak ediblər. 

AzEdu.az xəbər verir ki, bu barədə  Mərkəzi Elmi Kitabxanadan məlumat verilib. 

Bildirilib ki, mərkəzin təlimlərində iştirak edən könüllülər “Vikipediya”nın macar dili bölməsində Azərbaycanla bağlı məqalələrin yaradılmasını və boşluqların aradan qaldırılması istiqamətində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Mərkəzi Elmi Kitabxana Macarıstanın ölkəmizdəki səfirliyi ilə birgə “Azərbaycandilli “Vikipediya”da Macarıstanla bağlı informasiyanın genişləndirilməsi” mövzusunda “261+1” layihəsini həyata keçirir.