Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 15:11:00
Buraxılış imtahanları üzrə yeni onlayn sınaq imtahanları keçirilir  

 

Dövlət İmtahan Mərkəzi (DİM) otk.az portalı vasitəsilə yeni onlayn sınaq imtahanları keçirir. DİM-dən “Azərbaycan müəllimi” qəzetinə verilən xəbərə görə, otk.az portalında qeydiyyatdan keçib onlayn buraxılış imtahanlarına yazılıb,  günün istənilən vaxtı imtahan vermək mümkündür.  DİM şagirdlərə bildirir ki, portalda aşağıdakı yeni onlayn sınaq imtahanlarına yazılmaq olar :

 - IX sinif buraxılış imtahanı (I və II mərhələ);

- IX sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı;

- XI sinif buraxılış imtahanı (qəbul imtahanının 1-ci mərhələsi);

- XI sinif rus bölməsi üçün Azərbaycan dili imtahanı.

- XI sinif tədrisi ingilis dilində olan məktəb məzunları üçün Azərbaycan dili imtahanı.

 Onlayn sınaq imtahanında iştirak etmək şagirdlərə imtahandan dərhal sonra nəticələrini əldə etmək, imtahan suallarına yenidən baxmaq, onları təhlil etmək və hazırlıq səviyyələrini yoxlamağa imkan verir. Buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub.(Azərbaycan müəllimi)