Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-26 14:00:00
Bakı Ali Neft Məktəbinin tələbəsi ölkə birincisi oldu

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına fevralın 23-də keçirilmiş qəbul imtahanının nəticələrinə görə Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ölkə birincisi olub.

 AzEdu.az  xəbər verir ki, BANM-nin Neft-Qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Seymur Rəhimov qəbul imtahanında ən yüksək nəticə (95 bal) toplayıb.

 O, Bakı Ali Neft Məktəbinin bakalvr pilləsinə 2015-ci ildə 678 balla qəbul olub.