Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-25 16:59:00
Milyonluq iş –Dərs evinin özəllikləri

 

Etiraf et ki, pul əskinasları ilə dolu bir kisə təsəvvür elədin, eləmi?!

Pullar və zarafat bir yana, sənə milyonluq təklifimiz var!

Sən universitetdə təhsilinə davam etməklə şirkətimizdə müəllim olmaq şansına sahibsən!

Təsəvvür et – sənə maraqla, dəyər verən gözlərlə baxan bir otağa ilk dəfə daxil olursan. Sənə elə gəlir ki, bu dəqiqə yer ayağının altından qaçacaq, boğazın quruyub, düşüncələrin qarışıb və özünü danışmağa məcbur etmək çətindir. Buradan qaçıb getmək istəyirsən, lakin özünə güc gəlib şagirdlərə günlərin bir günü özünə sənin üçün heç nəyin çətin olmadığını sübut etmək məqsədilə velosipedi götürüb Bakıdan Göygölə getdiyini danışmağa başlayırsan.  

Buz sındı – sən indi vaxtilə şagirdlər kimi eyni səhvləri edən, və bu səbəbdən daha təcrübəli olmuş, hörmətli müəllim və sadiq dostsan.

Bir çox əməkdaşlar kimi, sənin üçün də Dərs Evi ilk iş yeridir, lakin ildən ilə daha çox insan bir missiya – bilikləri uşaqlara onlar üçün anlaşılan dildə ötürmək missiyası ətrafında toplaşır. 

Sən öz enerjini şagirdlərə sərf etdiyin kimi, Dərs Evi də enerjisini sənin inkişafına sərf edir, bu səbəbdən əməkdaşlar üçün müxtəlif təlimlər və seminarlar keçirilir, dil kursları, yoqa məşqləri, kitab klubları və s. təklif olunur. 

Bu şirkətdə sən özünü marketinqdən tutmuş layihə menecmentinə kimi bütün sahələrdə sınaya bilərsən, müəllimdən şöbə müdirinə qədər yüksələ, proseslərə rəhbərllik edə, təməlləri dəyişə bilərsən. Sən şirkət üçün vacibsən, sən böyük layihənin bir halqasısan. 

İlk dəfə Dərs Evindən içəri daxil olarkən sən güman belə edə bilməzdin ki, bu yer sənin üçün evə çevriləcək – burada sən ömürlük dostlarını tapacaqsan.

Təsəvvür eləmirdin ki, bir neçə ay sonra sən “sillabus”, “bufer tapşırıqları”, “səsləndirmə”, “simulyasiya”, “fidbek” kimi sözlərdən və bir çox başqa professionalizmlərdən istifadə etməyə başlayacaqsan. 

Bilmirdin ki, səninlə MK (Müəllim Kursu) tərəf müqabili olan şəxs tezliklə sənə ispan dilini tədris edəcək, o kürən oğlan isə – “Kim? Harada? Nə vaxt?” klubunun çempionu, qıvrımsaç o qız isə - ingilis dilindən Olimpiada mükafatçısıdır. Onlardan biri olmaq möhtəşəmdir!

Daha yarım il sonra isə telekanalda interaktiv təhsilin əhəmiyyətindən, sinfində oyunları necə tətbiq etdiyindən danışacaqsan. Sən həmçinin beynəlxalq konfranslarda dünyanın ən əsas təhsil müəssisələri ilə birlikdə vahid platformada iştirak edəcəksən. 

Lakin səni ən çox ruhlandıran isə ilk iş günündə sənə dəyərləndirici baxışlarla baxan və hər şeylə maraqlanan gözlər olacaq.  

Özünü bu məqalədə görür və milyonluq iş əldə etmək istəyirsənsə, aşağıdakı linkə keçid almaqla qeydiyyatdan keç:

 Website: www.dersevi.az