Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 14:07:00
Tibb elm adamları “Azərbaycan tibbinin korifeyləri” toplusunda

AzEdu.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) “Azərbaycan tibbinin korifeyləri” adlı yeni toplu işıq üzü görüb.

 Kitabın müəllifləri – Elm Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli və institutun Nəzəri-metodoloji problemlər şöbəsinin əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Dilarə Vahabovadır.

 Kitabın elmi redaktoru  Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyevdir.

 Azərbaycan, rus və ingilis dillərində təqdim olunan kitab AMEA-nın həqiqi və ya müxbir üzvü olan, hazırda fəaliyyət göstərən Azərbaycanın görkəmli tibb elm adamlarının həyat və fəaliyyətinə həsr edilib. Müxtəlif sənədli mənbələrdən əldə edilən və bu sahədə bir ilk olan kitabda toplanmış məlumatları nəzərə alaraq, müəlliflər qeyd edirlər ki, belə bir toplunun nəşri ölkəmizdə tibb elminin tarixi keçmişini və müasir inkişafını əks etdirmək baxımından son dərəcə vacibdir. Belə ki, Azərbaycan tibb elm xadimlərinin bir çox kəşfləri dünya tibb ictimaiyyəti arasında geniş rezonans doğurub. Bu mənada Azərbaycan tibb elminin keçmiş və indiki nailliyyətllərini kompleks şəkildə diqqətə çatdırmaq tamamilə ədalətli görünür.

 Kitab hazırlanarkən, Azərbaycan və Rusiya Federasiyasındakı müxtəlif fondlarda saxlanan materiallardan, o cümlədən AMEA-nın bir çox qurumlarının, ali təhsil müəssisələrinin arxivlərindən, biblioqrafik mənbələrdən, internet resurslarından, KİV-dən, eləsə də ailə arxivlərindən əldə edilən sənədlərdən istifadə olunub.

 “Azərbaycan tibbinin korifeyləri” toplusu tibb sahəsində çalışan mütəxəssislər, tibb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.