Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 12:13:00
“GəncLİK” proqramının gənc liderləri ilə görüş

AzEdu.az xəbər verir ki, Təhsil nazirinin müavini Firudin Qurbanov “GəncLİK” proqramının gənc liderləri ilə görüşüb.

 Görüş zamanı nazir müavini ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında elm, təhsil, mədəniyyət və idman sahələrinin inkişafına göstərilən xüsusi diqqət və qayğıdan söz açıb. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin əhəmiyyətindən danışan Firudin Qurbanov  ölkəmizdə gənclərə, onların təhsilinə böyük diqqət göstərildiyini deyib. Gənc müəllimlər üçün görülən işləri də diqqətə çatdıran nazir müavini gənclərə tövsiyələrini verib, onlara uğurlar arzulayıb.

 Nazir müavini proqram iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

 Qeyd edək ki, gənclərdə liderlik qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən fəaliyyətə başlayan “GəncLİK” proqramının məqsədi potensialı olan ictimai liderlərin üzə çıxarılması, inkişafı və şəbəkələşməsinin təmin olunması, habelə onların fəaliyyət istiqamətləri üzrə irəli çəkilməsindən ibarətdir. “GəncLİK” proqramına mindən çox gənc müraciət edib və 4 pilləli seçim mərhələsinin nəticəsi olaraq onlardan meyarlara tam uyğun gələn 30 nəfər gənc lider seçilib. Seçilən gənc liderlər üçün cari ilin oktyabr-dekabr aylarında peşəkar xarici və yerli mentorların iştirakı ilə təlimlər keçirilib, onların regionlara səfərləri və dövlət qurumlarının rəhbər şəxsləri ilə görüşləri təşkil olunur.(Azərbaycan müəllimi)