Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 11:40:00
 Buraxılış imtahanının I mərhələsi keçiriləcək-DƏQİQ TARİX!

Martın 1-də 9-cu siniflər üzrə buraxılış imtahanının I mərhələsi keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, martın 1-də Bakı, Şirvan, Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının birinci mərhələsi keçiriləcək.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər verilmiş keçiddən (https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46) istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.