Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-24 09:22:00
Azərbaycanın bir sıra ali məktəbləri “Girne Amerikan” Universiteti ilə sıx əməkdaşlıq edir

Kiprin “Girne Amerikan” Universiteti Azərbaycanın aparıcı ali təhsil ocaqlarından olan Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti ilə sıx əməkdaşlıq edir.

Bu sözləri  müsahibəsində “Girne Amerikan” Universitetinin beynəlxalq əlaqələr departamentinin direktoru, Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu deyib. Qeyd edib ki, universitet Vaşinqton, İngiltərə, Honkonq, İstanbul, Kişinyov və Kiprdə filialları olan böyük korporasiyadır. Azərbaycandan bu universitetdə 200-dək tələbə, bakalavr, magistratura və doktarantura pilləsində təhsil alır. Eyni zamanda universitetdə 15-ə yaxın azərbaycanlı professor-müəllim heyəti də çalışır. Hər il Azərbaycandan 200-ə yaxın təhsil işçisi bu universitetdə təcrübə keçir.

O.Həsənoğlu vurğulayıb ki, hazırda universitetdə güzəştli təhsil alan azərbaycanlı tələbələr də var və bundan sonra da soydaşlarımıza müəyyən güzəştli təhsil proqramları təklif olunacaq.