Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 16:40:00
Yeni seçilən deputatdan məsləhət: “Şükür edin!”

Fevralın 9-da keçirilən parlament seçkilərində 120 saylı Cəbrayıl seçki dairəsindən lider namizəd, İlahiyyat Universitetinin rektoru Ceyhun Məmmədov gənclərə və tələbələrə çağırış edib. 

AzEdu.az  xəbər verir ki, o, öz çağırışında 10 tövsiyə səsləndirib.  

Yeni deputatın tövsiyələrini təqdim edirik: 

  1. Bir saniyəsini belə geri qaytarmaq mümkün olmayan zamanın dəyərini bilin. 
  2. Tanrıya sizə verdiyi nemətlərə görə şükür edin. 
  3. Valideynlərinizin dəyərini bilin. Onların sizinlə nəfəs aldıqlarını unutmayın. 
  4. İnsanları sevin, onlara dəyər verin. 
  5. Səbr və təmkin kimi fəzilətli xüsusiyyətlərə yiyələnin. 
  6. Təkəbbürdən və özündənrazılıqdan uzaq olun. 
  7. Xeyirxah və yardımsevər olun. 
  8. Zahiri gözəllik qədər daxili gözəlliyə də önəm verin. 
  9. Sağlamlığınızın dəyərini bilin. 
  10. Daha güclü olmaq üçün iradənizi gücləndirin.