Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 15:40:00
Elazığda bir aylıq fasilədən sonra məktəblər açılır

Türkiyənin Elazığ bölgəsində zəlzələ dağıntıları və risklər səbəbindən bağlı olan məktəblər bir aylıq fasilədən sonra fevralın 24-də fəaliyyətə başlayacaq.

AzEdu.az xəbər verir ki, bu barədə Türkiyənin Milli təhsil naziri Ziya Səlçuk məlumat verib.

Xatırladaq ki, yanvarın 24-də Türkiyənin Elazığ şəhərində Rixter cədvəli üzrə 6,8 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı həlak olanların sayı 41-ə çatıb. Dağıntılar altından 45 nəfər sağ çıxarılıb.