Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 14:35:00
Türkiyədə İslam dünyasının ən böyük kitabxanasının açılışı oldu

Türkiyənin paytaxtı Ankarada İslam ölkələri arasında ən böyük kitabxananın açılışı olub.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, kitabxana prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə inşa etdirilib.

İnşaat işlərinə 2016-cı ildə başlanılıb. Kitabxana eyni zamanda 5 min nəfərə xidmət edə bilər. Kitabxanada 4 milyon çap, 120 milyondan çox elektron nəşr və 550 min elektron kitab və nadir əsərlər var.