Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-05-22 09:00:00
“Suallar qeyri-peşəkar hazırlanmışdı, səhvlər var idi” - IV qrupla bağlı iradlar

“Sualların hazırlanmasında professionallıq çatışmırdı. Hətta IV ixtisas qrupunda səhv suala da yer verilmişdi”.

Bu sözləri AzEdu.az-a açıqlamasında riyaziyyatçı Ravil Rzayev deyib. Onun sözlərinə görə qəbul imtahanının sualları professional tərtib olunmayıb:

“Bu il qəbul imtahanına riyaziyyat fənnindən düşən suallar keçənilkilərə nisbətən çətin idi. Ümumiyyətlə, sual kitabçasında əvvəlki illərdə rast gəlinməyən testlər yer almışdı. Sualların hazırlanmasında profesionallıq çatışmırdı. Hətta IV ixtisas qrupunda səhv suala da yer verilmişdi. Sualların bölmələr üzrə yaxşı seçilmədiyini də qeyd etmək istərdim. Bəzi bölmələrdən iki sual salınmış, bəzi bölmələrdən isə ümumiyyətlə test salınmamışdı. Yəni, testlər bütün bölmələri əhatə etmirdi. Əslində, bu yolverilməzdir”.

O, IV ixtisas qrupundakı səhv tərtib olunan suala aydınlıq gətirib:

“IV ixtisas qrupundakı səhv sual isə riyaziyyat fənnindən idi. Bu, elmi səhv idi. Trapesiyanın hündürlüyü onun yan tərəfindən böyük ola bilməz . Elə yanlış da bununla bağlı idi”.

Müsahibimiz I qrupun riyaziyyat suallarının çətin tərtib olunmasını normal qəbul etdiyini bildirib:

“Abituriyentlərin  standart olmayan suallara yanaşmaları çox zəifdir. Onlar test bankında olmayan suallarla rastlaşanda bəsirətləri bağlanır. Bu problemin dərin kökləri var. Həmişəki kimi I ixtisasa qrupunun riyaziyyat  testləri IV qrupdakılara nisbətən çətin idi. Amma bu, normal haldır, belə də olmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları