Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 12:35:00
Rezident olmaq istəyənlərin nəzərinə: Universitet qiymətləri müsabiqə nəticələrinə təsir edəcək?

Dövlət İmtahan Mərkəzi 2020/2021-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.

Bildirilib ki, qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2020-ci il fevralın 13-dən 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) “Şəxsi kabinet”indəki hesabına əlavə etməlidir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür.

Yeni qayadalar isə rezident olmaq istəyənlərdə bir sıra suallar yaradıb:

Bəs, baza ali tibb təhsili zamanı alınan qiymətlər müsabiqə nəticələrimə təsir göstərəcəkmi?

AzEdu.az xəbər verir ki, müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox namizədi fərqləndirmək üçün aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilər nəzərə alınır:

-Baza ali tibb təhsili üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG);

-İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından toplanılan bal.

Qeyd edək ki, əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada iki mərhələdə keçirilir: baza fənləri üzrə biliklərin qiymətləndirilməsi; ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2020-ci il aprelin 19-da, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2020-ci il iyulun 17-də keçiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları