Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-23 11:17:00
Məktəblərdə Mübariz İbrahimovun xatirəsi anılıb

Şəki Şəhər Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

AzEdu.az məlumat verir ki, tədbirdə çıxış edənlər Milli Qəhrəmanın həyat yolundan danışıb, onun göstərdiyi şücaət və qəhrəmanlıqdan bəhs ediblər. Qeyd olunub ki, Mübariz qısa ömür yaşasa da, canını Vətən yolunda fəda etməsi ilə şöhrət qazanıb və özündən sonrakı nəsillər üçün gözəl bir örnək yaradıb.

Şagirdlər qəhrəmana həsr olunan şeirlər, hekayələr söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.