Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 14:37:00
Akademik Fərəməz Maqsudovun 90 illiyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

9-11 sentyabr 2020-ci il tarixlərində AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda "Riyaziyyat və mexanikanın müasir problemləri" mövzusunda beynəlxalq konfrans keçiriləcək.

AzEdu.az xəbər verir ki, tədbir Azərbaycan Elmlər Akademiyasının prezidenti (1997-2000) olmuş riyaziyyatçı alim, Əməkdar elm xadimi, akademik Fərəməz Maqsudovun 90 illiyinə həsr ediləcək.

Ünvan: Bakı ş., B.Vahabzadə küç., 9A

Tel. (+994 12) 539 39 24